Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, çoxmənzilli binanın idarəedilməsi və təmirini həyata keçirmək hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Cəmiyyət, gəlir və xərclər smetası əsasında xidmətlər və təmir xərclərini müəyyən edir. İştirakçılar arasında ödənişlərin düzgün bölüşdürülməsi üçün cəmiyyət illik smeta hazırlayır. Cəmiyyətin fəaliyyəti, binanın ümumi əmlakının vəziyyətini yaxşılaşdırmağa yönəlir.