Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Cəmiyyət, çoxmənzilli binaların ümumi əmlakının saxlanması və təmiri barədə müqavilələr bağlamaqla məsuldur. Cəmiyyətin vəzifələri, sahə mülkiyyətçilərinin hüquqlarını qorumaq və onların əmlakına sərəncam vermə hüquqlarını təmin etməkdən ibarətdir. Həmçinin, üçüncü şəxslərin maneələrini aradan qaldırmaq üçün tədbirlər görməlidir.