Əcnəbilər yalnız Azərbaycan vətəndaşlarının müraciət etmədiyi boş iş yerlərinə qəbul edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.

İşçinin peşə və ixtisası müvafiq vəzifəyə uyğun olmalıdır.

Əmək bazarındakı ehtiyac məşğulluq xidməti tərəfindən qiymətləndirilir.