HHQ orqanları pozuntu aşkar etdikdə “Rejim” siqnalı elan edir.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.

Bu siqnal qaydaları pozan hava gəmisinə və aid olduğu HHT VS-nin operativ orqanlarına çatdırılır.

Siqnal pozuntunun dərhal dayandırılması və təhlükəsizliyin təminatı məqsədi daşıyır.

Hava məkanında təhlükəsizlik normalarının qorunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.