Müvafiq ATS orqanı tələb etdikdə, nəzarət məntəqələrinin keçmə vaxtı və yüksəkliyi barədə məlumat verilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.

Bu məlumatlar müvafiq intervallarla digər məntəqələrə də təqdim olunur.

Nəzarət məntəqələri olmadıqda, bu məlumatlar ATS orqanları tərəfindən təyin olunmuş intervalda verilməlidir.

Uçuş təhlükəsizliyi və idarəetmə üçün bu məlumatların vaxtında verilməsi zəruridir.