Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 12:18

Şəkidə 11 yaşlı uşaq ölüb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Cumakənd kəndində qeydə alınıb.

Azyaşlı Rüzgar Ağabalayevin səhhəti qəfil pisləşib. O, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.