Rusiyalı üzgüçü Nikolay Sveçnikov Bosfor boğazında keçirilən “Qitələrarası üzgüçülük yarışı” zamanı itkin düşüb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, yarışda 2800-dən çox üzgüçü iştirak edib. Sveçnikov finişə çata bilməyən yeganə iştirakçı olub. Şahidlərin sözlərinə görə, o, startdan təxminən 500–600 metr sonra gözdən itib.

Qeyd edək ki, Bosfor üzgüçülük yarışı hər il keçirilir. İdmançılar İstanbulun Asiya hissəsindən start götürüb, Avropa hissəsində finişə çatırlar. Məsafə 6,5 km təşkil edir.