Azərbaycan Respublikasında mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi qanunla tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Qanun mədəni bitkilərin və onların yabanı əcdadlarının qorunmasını təmin edir.
Hüquqi əsaslar kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyətini əhatə edir.
Qanun həmçinin sosial-mədəni və tarixi irsin qorunmasına diqqət yetirir.