Limanlar orta sutkalıq dövriyyə və yük-sərnişin həcminə görə kateqoriyalara bölünür.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.
Birinci kateqoriya 15000-dən çox sutkalıq dövriyyəyə malikdir. İkinci kateqoriya 3501-15000 arasında olan limanları əhatə edir. Üçüncü və dördüncü kateqoriyalar isə müvafiq olaraq 751-3500 və 750 və daha az dövriyyəyə malik limanlardır.