Azərbaycan Respublikasında mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət siyasəti və strategiyası müəyyən olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.

Dövlət bu strategiyanın həyata keçirilməsini təmin edir.

Hüquqi bazanın formalaşdırılması və müvafiq orqanların səlahiyyətlərinin müəyyən edilməsi də dövlət vəzifələrinə daxildir.

Milli Proqramın təsdiqi və tədbirlərin həyata keçirilməsi dövlətin məsuliyyətinə aiddir.