Kəlbəcərdə yeni tikilən binalara qaz çəkilişi zamanı partlayış olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 4 nəfər – Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E. Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N. Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K. Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M. Sadıqzadə yanıq xəsarətləri alıblar.

Məlumata görə xəsarət alanlar ustadırlarb.

Faktla bağlı araşdırma aparılır.