İsrail Premyer Liqasının sabiq oyunçusu həyat yoldaşına hücum etməkdə şübhəli bilinərək saxlanılıb.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, məhkəmə onu müəyyən şərtlərlə sərbəst buraxsa da, qadının yaşadığı mənzilə yaxınlaşmağı isə qadağan edib.
Qeyd olunur ki, hələ 2002-ci ildə, aktiv futbolçu olduğu vaxtda da o, oxşar ittihamla saxlanılıb. Karyerası ərzində idmançı bir sıra klublarda çıxış edib, o cümlədən “Makkabi” (Hayfa), “Beytar” (Yerusalim) və “Hapoel” (Beer-Şeva) komandalarında. O, həmçinin İsrail çempionu titulunu qazanıb və ölkə kubokunun finalında iştirak edib.