Məntəqə seçki komissiyasının sədri, katibləri və üzvləri seçkilərin təyinindən nəticələrin dərcinə qədər dövlət büdcəsi hesabına pul təminatı alırlar. Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb. Dövlət və ya yerli büdcədən maliyyələşən orqanlarda işləyən şəxslərin əsas iş yerində əmək haqqı saxlanılır. Səsvermə gününə 30 gün qalmış komissiya üzvləri rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Cinayət başında yaxalananlar istisnadır və tutulan orqan dərhal müvafiq prokurora və dairə seçki komissiyasına məlumat verməlidir.