Mərkəzi Seçki Komissiyası Prezident və Milli Məclis seçkilərinin, eləcə də referendum və bələdiyyə seçkilərinin hazırlanmasını və keçirilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Müharibə şəraitində seçkilərin keçirilməsi mümkün olmadıqda, Komissiya Konstitusiya Məhkəməsinə müraciət edir. Bu müraciət Konstitusiyanın müvafiq maddələrinə əsaslanır. Komissiya seçki prosesinin qanunauyğun aparılmasına nəzarət edir.