Qeydə alınmış namizədlərin, siyasi partiyaların və referendum təşviqat qruplarının seçkiqabağı təşviqat materiallarının verilməsi reklamlarla və digər proqramlarla dayandırıla bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Eyni zamanda, həmin materialların verilməsi digər televiziya və radio proqramlarının yayımı ilə dayandırmaq da qadağandır.
Bu qayda televiziya və radio yayımçılarının kanallarında da keçərlidir.
Qanun təşviqatın fasiləsiz aparılmasını təmin edir.