Xəzər dənizinin Azərbaycan sektorundakı neft platformalarında və üzən gəmilərdə 50-dən çox seçici olduqda seçki məntəqələri yaradıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Müvəqqəti yerlərdə — xəstəxana, sanatoriya və istirahət evlərində də seçki məntəqəsi qurula bilər. Belə məntəqələr yalnız referendum və Prezident seçkilərində fəaliyyət göstərir. Yerləşdikləri yer üzrə aid olduqları seçki dairəsinə daxil edilirlər.