Banklar balans və balansdankənar əməliyyatlarda əlavə vəsait cəlb etmək üçün təminat kimi istifadə edilə bilən aktivləri müəyyənləşdirməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Banklarda likvidlik riskinin idarə edilməsi Qaydasında əksini tapıb.
Həmçinin öhdəliklər üzrə kreditorların fəaliyyəti izlənməlidir. Əmanətçilər və kreditorlar üzrə cəmləşmə də monitorinq obyektidir. Balansdankənar öhdəliklər və normativlərə riayət əsas göstəricilər sırasındadır.