Dövlət mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyalarını yaratmaq və monitorinqlər keçirmək vəzifəsini daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Milli kataloqun yaradılması və Mərkəzi Məlumat Bazası ilə Milli Genbankın təşkili həyata keçirilir.
Qeyri-hökumət təşkilatları və kənd təsərrüfatı istehsalçıları stimullaşdırılır.
Ənənəvi mədəni bitki brendlərinin siyahısı təsdiq edilir və qorunması təmin olunur.