Likvidlik RİSKİ

27 Avqust 2025, 01:01

Banklar risklərin qarşısını almaq üçün strateji yanaşmalar hazırlamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Banklarda likvidlik riskinin idarə edilməsi Qaydasında əksini tapıb.

Bu yanaşmalar həm qısamüddətli, həm də uzunmüddətli maliyyə sabitliyini təmin etməlidir. Bank rəhbərliyi risklərin düzgün qiymətləndirilməsinə məsuliyyət daşıyır. Məqsəd bazar dalğalanmaları zamanı belə dayanıqlığı qorumaqdır.