Məhsulların yararlılıq müddətində keyfiyyətinə mənfi təsir göstərə biləcək maddələrdən istifadə qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.

Anbarlarda saxlanılan məhsulların məlumatları mütəmadi qeyd olunur.

Keyfiyyət yoxlamaları akkreditasiya olunmuş qurumlar tərəfindən aparılır.

Qeydlərin nüsxəsi məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə qurumlarda saxlanılır.