Banklar stress-testlərdə müxtəlif maliyyələşmə mənbələrinin dayanıqlığını yoxlamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Banklarda likvidlik riskinin idarə edilməsi Qaydasında əksini tapıb.

Məsələn, kredit xətlərinin bağlanması və ya banklararası resursların geri çağırılması kimi hallar qiymətləndirilir.

Bu, həmçinin maliyyə institutlarından asılılığın azaldılmasına yönəlib.

Məqsəd bankların fövqəladə hallara hazırlığını artırmaqdır.