Kiçik SES üçün su SƏRFİ

28 Avqust 2025, 01:15

Su qovşağı kompleksinə daxil olmayan kiçik SES-lərin maksimal hesablama su sərfi əsas hesablama halına uyğun müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.

Aşağı təzyiqli SES-lərdə subasar sahələri və bərkidicilər vasitəsilə suyun idarəsi mümkündür. Daşqın dövründə elektrik istehsalının dayandırılmasına yol verilir. Bu yanaşma SES-in təhlükəsizliyini təmin edir.