Bankda Müşahidə Şurası, RİK və İdarə Heyətinə cari və gözlənilən likvidlik mövqeyi barədə hesabat verilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Banklarda likvidlik riskinin idarə edilməsi Qaydasında əksini tapıb.

Gözlənilməz hallar baş verdikdə isə məlumatlandırma dərhal həyata keçirilməlidir. Hesabatlıqda risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarəsi ilə bağlı məlumatlar əks olunur. Bu məlumatlara aktivlərin satıla bilmə sürəti də daxildir.