Yalnız yüksək texniki peşə təhsili istiqaməti üzrə təhsil alan şəxslər ali təhsil müəssisəninə qəbul olunmaq şansı əldə edirlər.
Heftelik.az xəbər verir ki, bu barədə APA-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Ümumi orta təhsil bazasından müraciət edən tələbələr üçün 3 illik və 4 illik tədris qruplarına müraciət zamanı yaş məhdudiyyəti tətbiq edilir. Belə ki, bu qruplara yalnız son 3 il ərzində ümumi orta təhsilini başa vuran şəxslər müraciət edə bilərlər”, – agentlikdən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə illər əvvəl orta məktəbi bitirən şəxslərin peşə təhsili alaraq universitetə tam imtahansız qəbul edilə bilmələri ilə bağlı səhifələr yaradılıb.