Zərdab rayonunda mübahisə ağır xəsarətlə nəticələnib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə Qoşaoba kəndində qeydə alınıb.
22 yaşlı Abbas Abbasov qohumu ilə mübahisə edən 36 yaşlı həmkəndlisi Məhəmməd Talıblını dəhrə ilə vuraraq xəsarət yetirib.
Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.