28 avqustun tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib.

Heftelik.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.

Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib: “Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir”.