Sabirabadda ağır qəza olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Qəza nəticəsində 1957-ci il təvəllüdlü Güdəcühür sakini Əliyev Rəhim Əlisa oğlu və nəvəsi 2019-cu il təvəllüdlü Əlizadə Nilay Rahib qızı ölüb.
Qəzada 5 nəfər xəsarət alıb.