Azərbaycanda daha bir tiktoker saxlanılıb.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, “Miray” ləqəbli tiktoker Aysel Mustafayeva Sumqayıtda polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində olan iddialarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Miray” TikTok-da qeyri-etik ifadə və davranışları ilə məşhurdur.