Xarici ölkələrdə seçicilərin sayı 50-dən çox olduqda seçki məntəqələri yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Bu məntəqələr diplomatik nümayəndəliklər və konsul idarələri tərəfindən səsvermə gününə ən azı 30 gün əvvəl yaradılır. Yalnız referendum və Prezident seçkiləri üçün belə məntəqələr təşkil edilir. Bu, xaricdə yaşayan seçicilərin səsini təmin edir.