Almaniya belə sərt addım atacaq

01 Sentyabr 2025, 14:02

Almaniyanın əmək və sosial məsələlər naziri Barbel Bas vətəndaşlıq müavinəti (“Bürgergeld”) alanlara, o cümlədən ukraynalı qaçqınlara qarşı əmək fəaliyyətindən imtina etdikləri halda tətbiq olunacaq tədbirləri sərtləşdirmək istəyir.

Heftelik.az-ın “Bild” qəzetinə istinadən məlumatına görə, müvafiq göstəriş 10 sentyabrda təqdim olunacaq.

Müvafiq nazirlik izah edir ki, məbləği 563 avroya çatan müavinət əmək birjasında məsləhətləşməni üzrsüz səbəbdən buraxan şəxslər üçün 30% azaldılacaq. Əgər əmək qabiliyyətli şəxs dəfələrlə iş təkliflərindən imtina edərsə, onun “Bürgergeld” ödənişi tamamilə dayandırılacaq.

“Mesaj aydındır: biz iş tapmağa kömək edirik, amma bunun üçün insanın bu prosesdə iştirak etməsi vacibdir. Əks halda, bu hər gün işləyənlərə qarşı ədalətsizlik olar” – deyə nazir “Bild” qəzetinə bildirib.

Bİr başqa göstərişə əsasən, 2026-cı ildə Bürgergeld üzrə indeksasiya nəzərdə tutulmur, bu da ölkədə inflyasiya səviyyəsinin azalması ilə əlaqələndirilir.