İqtisadiyyat professoru Stefan Homburq sosial media hesabında Şimali Reyn-Vestfaliyada sentyabrda keçiriləcək yerli seçkilərdə namizədliyini irəli sürən “Almaniya üçün Alternativ” (AfD) partiyasından dörd namizədin son iki həftədə vəfat etdiyini bildirib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə,  alimin sözlərinə görə, sözügedən namizədlər AfD-nin Blomberq, Reynberq, Şverte və Bad Lippsprinq şəhərlərindəki nümayəndələri olub. Ölən namizədlərin yaşları 59-71 arasındadır.

Forsa İnstitutunun keçirdiyi sorğulara əsasən “Almaniya üçün Alternativ” (AfD) son aylarda seçicilər arasında mövqeyini gücləndirərək 2025-ci ilin aprelindən bəri ilk dəfə populyarlıqda birinci yerə çıxıb. AfD-yə dəstəyin artması vətəndaşların kansler Fridrix Merzin siyasətindən narazılığı və hökumətin hərbi ritorikasının artması ilə əlaqələndirilib və bu, hakim koalisiyanın reytinqlərinin aşağı düşməsi ilə müşayiət olunub.