Böyük Britaniyanın Misirin paytaxtı Qahirədə yerləşən səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə səfriliyin səhifəsində paylaşım edilib.
Bildirilib ki, buna səbəb Misir hakimiyyətinin səfirliyin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkməsi olub.

Qeyd edilib ki, səfirliyin fəaliyyəti yalnız vəziyyət dəyişdikdən sonra bərpa olunacaq.

Misir tərəfi hadisəyə hələ münasibət bildirməyib.