Əfqanıstanda zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.
Heftelik.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
***
saat 07.56
Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.
Heftelik.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 27 km şimal-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Yerli mətbuat zəlzələ nəticəsində azı 250 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı barədə məlumat yayıb.