Əməkdar həkim vəfat edib

01 Sentyabr 2025, 13:29

Əməkdar həkim Cabir Məmmədov vəfat edib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə,  tanınmış ürək həkimi 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, C.Məmmədov 1950-ci ildə anadan olub. O, 1984-cü ildə əmək fəaliyyətinə başlayıb.

1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, “SSRİ səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. C.Məmmədov 2018-cü ildə Prezidentin sərəncamına əsasən “Əməkdar həkim” fəxri adına layiq görülüb.