Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Heftelik.az xəbər verir ki, görüş zamanı Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar fonunda müzakirələr aparılıb.

Ərdoğan Ermənistan-Azərbaycan sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib, Türkiyə-Ermənistan əməkdaşlığının artırılmasına yönəlmiş addımların nəzərdən keçirildiyini bildirib.