Özü qalxan platformalar istismar dövründə kəşfiyyat qazması və tikinti işləri üçün nəzərdə tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.

Sualtı platformalar qazma və hasilat üçün 300 m-dən çox dərinlikdə istifadə olunur. Sualtı neft anbarları nefti yığmaq, saxlamaq və nəql üçün tətbiq edilir. Dəniz neft-qaz kəmərləri isə buz təsirindən mühafizə olunmalıdır.