Müşahidəçilər seçki sənədlərinin, protokolların surətlərini haqq ödənilmədən və ya müəyyən ödənişlə ala bilərlər.
Heftelik.az-ın məlumatına görə, onlar seçicilərin siyahısı ilə tanış ola bilərlər.
Seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək hüququ vardır. Sənədlərin dairə və Mərkəzi Seçki Komissiyalarına göndərilməsini izləyə bilərlər. Bu hüquqlar müşahidənin şəffaflığını təmin edir.