Sidneydə olay

01 Sentyabr 2025, 15:46

Avtomobil Rusiyanın Sidney şəhərindəki Baş Konsulluğunun qapısına çırpılıb, bir nəfər xəsarət alıb.

Heftelik.az  xəbər verir ki, bu barədə “9News” telekanalı polisə istinadən məlumat verib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin sürücüsünü saxlayıb. O, 39 yaşlı kişidir.

Onun saxlanılması zamanı polislərdən biri qolundan xəsarət alıb.

Təfərrüatlar açıqlanmır.