Yetkinlik yaşına çatmayanlar və hamilə qadınlar xüsusi qida ilə təmin edilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”nda əksini tapıb.
Yanında üç yaşınadək uşağı olan qadınlara da həmin qaydalar şamil olunur.
Onların yeməyi sağlamlıq baxımından daha diqqətlə hazırlanır.
Bütün bu təminatlar pulsuz həyata keçirilir.