Avtomobil məktəbli qızı vurdu

02 Sentyabr 2025, 16:30

Tovuzda piyada yol qəzasında ölüb.
Heftelik.az “Unikal”-a istinadən xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil məktəbli qızı 2016-cı il təvəllüdlü N.Abulzadəni vurub.
Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.