Seçkilər dövründə dairə seçki komissiyasının üzvü rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz və tutulmaz.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Cinayət başında yaxalanarsa, tutulması mümkündür. Tutulma barədə dərhal Mərkəzi Seçki Komissiyasına və rayon prokuroruna məlumat verilir. Bu, üzvlərin fəaliyyətinin mühafizəsini təmin edir.