Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “MAN “markalı yük maşını idarəetmədən çıxaraq “DAF”markalı yük maşınına arxadan çırpılıb. Qəza zamanı “MAN” markalı yük maşınının sürücüsü 1972-ci il təvəllüdlü S.Abdullayev ölüb.