Lənkəranda ağır qəza

02 Sentyabr 2025, 15:00

Lənkəranda avtomobil velosipedlə hərəkət edən kişini öldürüb.

Heftelik.az Lent.az-a istinadən verdiyi xəbərə görə, 23 yaşlı Səfərli Cavid idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olarkən yolda velosipedlə hərəkət edən 49 yaşlı Teymurov Rasimi vurub. Yol-nəqliyyat hadisəsi zamanı R.Teymurov hadisə yerində aldığı xəsarətlərdən ölmüşdür.

Faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.