“Qalatasaray”ın razılıq əldə etdiyi “Mançester Siti”nin futbolçusu İlkay Gündoğan İstanbula gəlib.

Heftelik.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“Sarı-qırmızılılar”in 34 yaşlı yarımmüdafiəçi ilə tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü ötən mövsüm “Siti”nin heyətində meydana çıxdığı 54 rəsmi matçda 5 qol və 8 assistlə yadda qalıb.