Sudanın qərbində yerləşən Marra rayonunda torpaq sürüşməsi minlərlə kəndlinin həyatına son qoyub.

Heftelik.az  xəbər verir ki, bu haqda Reuters məlumat yayıb.

Torpaq sürüşməsi zamanı tamamilə yox olan bir kəndin sadəcə bir sakini sağ qala bilib.

Sürüşməyə səbəbin güclü leysan yağışlarının olduğu bildirilir. Rayonun sitrus meyvələrinin istehsalı üzrə ixtisaslaşan ən məhsuldar kənd təsərrüfatı ərazilərindən biri kimi tanındığını qeyd edilir.