Ukrayna Ali Radasının sabiq spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs ilkin dindirilmələr zamanı cinayətini etiraf edib.

Heftelik.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Azadlıq” radiosu hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Şübhəli şəxs 2023-cü ildə oğlunun yoldaşlarından onun itkin düşdüyünü öyrəndiyini bildirib. Bundan sonra həmin şəxs oğlunun taleyi ilə bağlı məlumat tapmaq üçün Rusiya sosial şəbəkələrini izləməyə başlayıb. Daha sonra o, Rusiyadan oğlunun ölümü barədə ona məlumat verən naməlum şəxslərlə əlaqə saxlamağa başlayıb.

Onun sözlərinə görə, həmin şəxslər Rusiyanın Ukraynaya qarşı müharibədə etdiklərinə haqq qazandırıblar. Şübhəli şəxsin özü ruslara Lvovda yaşadığını və dəfələrlə Andrey Parubiyi gördüyünü deyib.

Daha sonra Rusiya nümayəndələri ilə söhbət zamanı şübhəli şəxs qətlə hazırlaşmağa başlayıb: o, silah, velosiped və dəbilqə alıb. Şübhəli şəxs bütün bu məlumatları ilk dindirmələr zamanı deyib. Hazırda istintaq bunu yoxlayır.

Qeyd edək ki, Ali Radanın sabiq spikeri Andrey Parubiy avqustun 30-da Lvovda öldürülüb.