“Bayer” klubunun baş məşqçisi vəzifəsində Erik ten Haqın nə qədər qazandığı məlum olub.

Heftelik.az  xəbər verir ki, mütəxəssis müqavilə imzaladıqdan cəmi iki ay sonra, sentyabrın 1-də istefaya göndərilib.

Məşqçi klubdakı 62 gün üçün maaş kimi 1 milyon avro, müqavilənin vaxtından əvvəl pozulmasına görə isə 5 milyon avro təzminat alıb.

55 yaşlı niderlandlı mütəxəssis kluba iyulun 1-də başçılıq edib. Onun rəhbərliyi altında “Bayer” üç oyun keçirib: 1 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə. Leverkuzen klubu 1 xalla Bundesliqanın turnir cədvəlində 12-ci yeri tutur.