ABŞ Prezidenti Donald Tramp İllinoys ştatının Çikaqo şəhərində rekord səviyyədə artan cinayətkarlığa qarşı mübarizə aparmaq məqsədilə Milli Qvardiyanı şəhərə yeritmək niyyətində olduğunu bildirib.

Heftelik.az-ın məlumatına görə, Donald Tramp bunu  Ağ Evdə brifinq zamanı bəyan edib.

ABŞ. Prezident qeyd edib ki, Çikaqo sakinlərindən tez-tez yardım çağırışları alır:

“Onlar məktublarında bildirirlər ki, şəhərdəki cinayətkarlıq səbəbindən küçəyə çıxmağa qorxurlar.  Biz bunu edəcəyik. Mən nə vaxt olacağını demirəm, amma bunu mütləq edəcəyik”.