Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının məqsədi məhsuldar və yerli şəraitə uyğun bitki və heyvanların yayılmasını təmin etməkdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.

Torpaqların münbitliyinin bərpası və üzvi gübrə texnologiyaları tətbiq olunur.

Mütəxəssislərin hazırlanması və kadrların ixtisas artırılması tədbirləri aparılır.

Elmi nailiyyətlərin istehsala tətbiqi sərgilər və yarmarkalar vasitəsilə təmin edilir.