Rusiya Federal Vergi Xidməti azərbaycanlı bloger Hüseyn Həsənovun sonuncu şirkətini ləğv edib.
Heftelik.az xəbər verir ki, bu barədə “SHOT” məlumat yayıb.
Söhbət Həsənovun 2023-cü ildə açdığı “Banda Foods” şirkətindən gedir. Şirkət “fast food” istehsal etsə də, biznes gəlir gətirməyib.
“SHOT” qeyd edir ki, “Banda Foods”un 800 min rubl borcu olduğu aşkarlanıb. H
Hüseyn Həsənova borcu ödəmək tələbi qoyulub, lakin o, Rusiyanı tərk edib. Avqustun 20-də Vergi Xidməti Həsənovun şirkətini – “Banda” MMC-ni ləğv edib. Bloger şəxsi inkişaf kurslarını satmaq üçün şirkəti qurub. Bundan əlavə, Həsənovun kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl məbləğində iki iddia qaldırılıb. Məlum olub ki, Həsənov məhkəmə proseslərinə az qalmış şirkətin təsisçiliyindən çıxıb.
Qeyd edək ki, mayın 14-də xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı cinayət işi üzrə Hüseyn Həsənov axtarışa verilib və qiyabi həbs edilib. Bu maddəyə əsasən blogeri 7 ilə qədər həbs cəzası gözləyir.